Messi yenidən dünyanın ən yaxşısı ola bilərmi? – Açıqlama

PSJ-nin baş məşqçisi Kristof Qalte argentinalı hücumçu Lionel Messi haqda fikirlərini bölüşüb.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, baş məşqçi, Messini izləməkdən həzz aldığını bildirib:

“Hər gün Messini izləməkdən inanılmaz həzz alıram. O, yaxşıdır, xoşbəxtdir. Messi oyunu idarə etməyi bacaran və həmişə qol vurmağa öyrəşmiş fədakar oyunçudur.

O, yenidən dünyanın ən yaxşısı ola bilərmi? Bəli, nə qədər ki, əla formada qalır. O, yaxşı hazırlıqlı və xoşbəxtdir. Messi xoşbəxt olanda isə tam gücü ilə işləyir”.

Daha əvvəl PSJ-nin Messi ilə müqaviləni uzatmağı planlaşdırdığı bildirilirdi. Parislilərin Messi ilə hazırkı müqaviləsi 2023-cü il iyunun 30-da başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button