Reytinq: Azərbaycan “sürüşə-sürüşə” gedir

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Komanda.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, son reytinq cədvəlinə görə 1202 xalı olan Azərbaycan millisi 14 xal itirərək, 110-cu sıraya geriləyib.

Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv son reytinqlə müqayisədə 2 pillə geriləyib. Buna səbəb, millinin AÇ-2020-nin seçmə mərhələsinin oyunlarında Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə məğlub olmasıdır.

Reytinq cədvəlinə 1746 xalla Belçika yığması başçılıq edir. Fransa (1718) ikinci, Braziliya (1681) isə üçüncü pillədədir. Türkiyə millisi (1467) isə 2 pillə irəliləyərək 37-ci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button