“Qalib gəlmişiksə, bu, güclü olduğumuzu sübut edir” – “Portu”nun baş məşqçisi

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Yuventus”u məğlub edən “Portu”nun baş məşqçisi Serjio Konseysao açıqlama verib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Konseysao, 2:1 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Möhtəşəm oynadıq və Serxio Oliveyranın səyi ilə daha bir qol vura bilərdik. Buraxılan qol əhvalımızı korladı. “Yuventus” yalnız 70-ci dəqiqədə qapımıza zərbə endirə bildi. Əlində dünyanın ən yaxşı futbolçuları olan İtaliya çempionundan danışırıq. Bu oyunda qalib gəlmişiksə, bu, güclü olduğumuzu sübut edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button