“Barselona” hücumçusunu 20 milyon avroya satır

“Barselona”nın hücumçusu Martin Breytveytin “Vest Hem”in hədəfində olduğunu bildirmişdik.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, transfer tamamlanmağa yaxındır. Klublar arasında müzakirələrin aparıldığı və danışıqların yekunlaşmaq üzrə olduğu bildirilir. Məlumata görə, “Vest Hem” bu transfer üçün Kataloniya klubuna 20 milyon avro ödəyəcək.

29 yaşlı futbolçu bu ilin fevralından “Barselona”da çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button