Azərbaycandan Minskdə daha 2 medal – erməniyə qalib gələrək

Azərbaycan idmançıları Belarusun paytaxtı Minskdə təşkil olunan ikinci Avropa Oyunlarında növbəti medallarını qazanıb.

Komanda.az xəbər verir ki, sambo yarışlarında 57 kq çəki dərəcəsində mübarizə aparan Mehman Xəlilov bürünc medal uğrunda görüşdə ermənistanlı Maksim Manukyanla üz-üzə gəlib. Rəqibinə 9:1 hesabı ilə qalib gələn samboçumuz çıxışını medalla başa vurub.

68 kq çəki dərəcəsində yarışan Emil Həsənov isə bolqarıstanlı Martin İvanovu vaxtından əvvəl ağrıdoğurucu fəndlə məğlub edərək, bürünc medal qazanıb.

Bununla da Azərbaycanın Avropa oyunlarındakı medal sayı 3-ə çatıb. Daha əvvəl akrobatika gimnastikası növündə qarışıq cütlərin dinamik hərəkətlər yarışında 28,830 xal toplayan Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi cütlüyü günüş medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button