Zubir Vaqif Cavadova çatdı

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Azərbaycan Premyer Liqasında 25-ci qolunu vurub və komandadakı qol sayına görə Yaşar Hüseynovla Vaqif Cavadova çatıb.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin yubileyi 18-ci turda “Qəbələ”ni 5:1 hesabı ilə məğlub etdikləri görüşə təsadüf edib.

89-cu dəqiqədə “köhlən atlar”ın sonuncu qoluna imza atan fransalı oyunçu 85-ci matçında 25-ci dəfə fərqlənib.

2018/19 mövsümündən Ağdam təmsilçisində çıxış edən Zubir öncə 6, növbəti çempionatda 5 dəfə topu rəqib qapılarından keçirib. Son iki mövsümdə isə onun aktivində 7 qol olub.

Zubir ilk qolunu 2018-ci il sentyabrın 23-də “Qəbələ”nin qapısına vurub. Yarımmüdafiəçi 4:1 hesabı ilə bitən görüşdə dubl müəllifi olub. Abdullah Zubir “Qarabağ”ın tarixinə Azərbaycan çempionatlarında 25 və daha çox qol vuran 16-cı futbolçu kimi düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button