Zlatan İbrahimoviç 500-cü qolunu vurdu

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç klub karyerasında 500-cü qoluna imza atıb.

Komanda.az xəbər verir ki, isveçli futbolçu bu uğura İtaliya A Seriyasının 21-ci turu çərçivəsində “Krotone” ilə ev oyununda nail olub.

39 yaşlı forvard bu matçın 31-ci dəqiqəsində fərqlənməklə 500-cü qolunu bayram edib. 64-cü dəqiqədə isə İsveç yığmasının sabiq forvardı daha bir qol vurub və dublunu rəsmiləşdirib.

Qeyd edək ki, “Milan” bu oyunda 4:0 hesablı qələbəyə sevinib. Komandanın digər iki qolunu Ante Rebiç vurub.

Zlatan İbrahimoviç “Milan”dan başqa, ölkəsində “Malmö”, Niderlandda “Ayaks”, İtaliyada “Yuventus” və “İnter”, Fransada PSJ, İngilətərədə “Mançester Yunayted” və ABŞ-da “Los-Anceles Qalaksi” klublarının da formasını geyinib. Onun bu klublarda vurduğu qolların siyahısı belədir:

Malmö – 18
Barselona – 22
Yuventus – 26
Mançester Yunayted – 29
Ayaks – 48
LA Qalaksi – 53
İnter – 66
Milan – 83
PSJ – 156

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button