“Ziyex Özildən daha yaxşı futbolçudur” – Overmars

Hollandiyanın “Ayaks” klubunun idman direktoru Mark Overmars Hakim Ziyexlə bağlı açıqlama verib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, Ziyexin klubda qala biləcəyini deyib:

“Hakim üçün təkliflərin bu qədər az olmasına təəccübləndim. Məncə, o, hər il daha da yaxşı oynayır. Statistikası da yaxşıdır. Bir çox klub artıq statistikalara əhəmiyyət verir. Hətta ətrafına verdiyi faydaya diqqət etməyib, futbolçunu sadəcə statiktika ilə dəyərləndirirlər. Düşünürəm ki, Ziyex Məsut Özildən daha yaxşı futbolçudur. Hətta Məsutu satıb, yarı qiymətinə Ziyexi ala bilərsiz. Belə davam etsə, Ziyex “Ayaks”da qalacaq”.

“Ayaks”la 2021-ci ilədək müqaviləsi olan Ziyex, son mövsümdə iştirak etdiyi 49 oyunda 21 qol, 24 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button