“Zirə”nin yubiley qələbəsi

“Zirə” yubiley qələbəsini qazanıb.

Komanda.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 16-cı turuna təsadüf edib.

Səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gələn “qartallar”ın qələbəsi klub tarixində 70-ci olub. Yubiley qələbəsi 154-cü matçda gerçəkləşib. Bunlardan 42-si Premyer Liqa, 19-u birinci divizion, 7-si Azərbaycan kuboku, 2-si Avropa Liqasında qeydə alınıb.

“Bayıl Arena”da əldə olunan nəticə həm də Premyer Liqada 15-ci, ümumilikdə isə 30-cu səfər qələbəsi kimi tarixə düşüb. “Zirə” rəqib meydanlarında 54-ü Premyer Liqada olmaqla 78 qarşılaşmaya çıxıb.

 “Qartallar” cari mövsümdə Premyer Liqada ilk dəfə səfərdə 3 xal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button