“Şəfa” ilk legioner transferini reallaşdırdı

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Şəfa” ilk legioner transferini reallaşdırıb.

Komanda.az xəbər verir ki, sözügedən klub yarımmüdafiəçi Vlad Marian Popu heyətinə qatıb.

Rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Rumıniya U-21 millisinin sabiq üzvü olan Vlad son olaraq “Unirea Sloboziya”nın formasını geyinib. 25 yaşlı futbolçu karyerası ərzində “Universitatea Krayova” və “Mioveni” kimi klublarda da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button