“Zirə”nin prezidentə ehtiyacı yoxdur? – Açıqlama

Natiq İsmayılovun “Zirə”nin prezidenti postundan ayrılmasından bir aya yaxın vaxt keçib. Aradan xeyli vaxt keçsə də, “qartallar”ın prezident postu hələ də boş qalmaqdadır.

Bəs yaxşı, “Zirə”nin yeni prezidenti kim olacaq? Ümumiyyətlə, klubun özündə bu məsələylə bağlı müzakirələr gedirmi, hansısa namizəd varmı?

Bu barədə “Zirə” klubunun baş meneceri Elman Himayətoğlu ilə danışdıq. Klub rəsmisi Komanda.az-a açıqlamasında, prezident səlahiyyətlərini klubun icraçı direktoru Cahangir Məmmədovun yerinə yetirdiyini dedi:

“Hazırda klubda prezident postu boşdur. Prezidentin səlahiyyətlərini klubun icraçı direktoru Cahangir Məmmədov yerinə yetirir”.

Himayətoğlu, prezident postuna namizədlərin kimliyini və yeni prezidentin nə vaxt məlum olacağını bilmədiyini bildirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button