“Zirə”nin legioneri Azərbaycan çempionatında 25-ci qolunu vurub

“Zirə”nin futbolçusu Rafael Utziq Azərbaycan çempionatında 25-ci qolunu vurub.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının 30-cu turuna təsadüf edib.

Braziliyalı futbolçu “Neftçi” ilə görüşdə dubla imza atıb. İlk top onun Premyer Liqada ümumilikdə 25-ci, “Zirə”nin formasında 10-cu qolu olub.

Premyer Liqada “Qəbələ”nin heyətində də çıxış etmiş Rafael Utziq ümumilikdə 124, “Zirə”də 43 matç keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button