“Zirə”nin futbolçusunun Azərbaycandan çıxışına qadağa qoyulacaq

“Zirə” klubunun haitili futbolçusu Donald Gerye məhkəməyə verilib.

Komanda.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Gerye ilə bağlı məhkəməyə müraciət edib.

İş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Geryenin vergi borcu var və onun Azərbaycandan getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunur.

İşə xüsusi icraat qaydasında baxılacaq.

Gerye Azərbaycanda “Qarabağ”, “Neftçi” kimi klublarda da çıxış edib. 34 yaşlı müdafiəçi bu ilin yanvarında “Zirə” ilə müqavilə bağlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button