“Zirə”nin baş məşqçisinə 2 oyunluq cəza

“Zirə”nin əvəzedici komandasının baş məşqçisi Zaur Həşimov cəzalandırılıb.

Komanda.az xəbər verir ki, buna 42 yaşlı mütəxəssisin Əvəzedicilər Liqasının 15-ci turunda “Neftçi-2” ilə oyunun 10-cu dəqiqəsində qırmızı vərəqə alması səbəb olub.

Hakimin qərarına etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alan Həşimov 2 matçlıq cəzaya məruz qalıb. Həmçinin, klub 150 manat cərimə ödəməli olacaq.

“Zirə-2” – “Neftçi-2” oyunu ikincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button