“Zirə”dən 200-cü qol

“Zirə” klub tarixində 200-cü qolu vurub.

Komanda.az xəbər verir ki, bu qol Azərbaycan Premyer Liqasının 23-cü turuna təsadüf edib. 8-ci km stadionunda “Neftçi” ilə qarşılaşan “qartallar”ın bu oyunda (2:4) vurduğu ikinci qol yubiley xarakteri daşıyıb. Bu topa penaltini dəqiq yerinə yetirən Mfo Kqasvane imza atıb.

2014-cü ildə yaradılan “Zirə” indiyədək 161 oyun keçirib. Bu matçlarda 200 qol vuran komandanın orta məhsuldarlığı 1,24-ə bərabərdir.
Bu qollardan 125-i Premyer Liqa, 55-i birinci divizion, 15-i Azərbaycan kuboku, 5-i UEFA Avropa Liqasına təsadüf edib. “Qartallar” evdə 110, səfərdə 90 dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button