“Zirə”də yeni məşqçi

“Zirə” klubunda yeni məşqçi təyinatı olub.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fərhad Vəliyev qapıçıların hazırlığı üzrə məşqçi təyin edilib. Onunla bir illik müqavilə imzalanıb.

Buna qədər eyni vəzifəni yerinə yetirən Anar Niftəliyev isə əvəzedici heyətdə çalışacaq.

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq üzvü olan Fərhad Vəliyev bundan əvvəl “Səbail”də eyni vəzifədə çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button