“Yerli oyunçu tapmaq problemdir, ancaq…” – “Zirə”nin prezidenti

“Zirə” yoxlama oyununda “Sabah”la qarşılaşıb.

Komanda.az xəbər verir ki, qarşılaşma “Zirə”nin 3:5 hesablı məğlubiyyəti ilə bitib. “Zirə” klubunun prezidenti Natiq İsmayılov sözügedən qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

  • “Zirə”nin hazırlıq planı barədə danışardız…
  • Hazırlığın ilk dövrəsi Bakıda olacaq. Ardından Türkiyəyə getməliyik. Yerli bazardan istədiyimiz transferləri etmişik, ola bilsin ki, yenə 1-2 transfer olsun. Hələ ki, xarici bazara baxırıq. 3-4 legioner transfer edə bilərik.
  • Yerli bazardan istədiyiniz oyunçunu tapa bilirsizmi?
  • Hazırda götürdüyümüz oyunçulardan razıyıq. İstədiyimiz oyunçulardır. Məşqçilərin bəyəndiyi oyunçular olsa, yenə götürə bilərik. Yerli oyunçu tapmaq problemdir, ancaq çalışacağıq ki, həll edək.
  • Yay fasiləsində Samir Abasov xeyli futbolçudan imtina etdi. Komandanın məqsədi yeni mövsümə daha iddialı başlamaqdırmı?
  • Demək olar komandanın özəyini saxlamışıq. İstədiyimiz oyunçuların çoxu qaldı. Göndərdiklərimizin çoxunu Samir müəllim qışdan istəyirdi getsin. Komandanın özəyi qalıb, ətrafını da düzəldib, daha yaxşı olacağıq. Avropa üçün oynayacağıq.
  • Bugünkü oyun sizi qane etdimi?
  • İndiki oyunla bağlı nəsə demək çətindir. Komanda gündə iki məşq edir. Bu durumda oyun barədə nəsə demək çətindir. İndi futbolçuların aldığı yükləmədən sonra deyərdim, pis oynamadılar.
  • Yeni transferlər olacaqmı?
  • Əlbəttə. Bir neçə futbolçu olacaq. Çalışacağıq ki, legioner də götürək, yerli də.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button