“Zirə” üçün danışılmış oyunlarla bağlı seminar

Bu gün Aviasiya Akademiyasında Birinci Divizionda mübarizə aparan “Zirə” klubunun əvəzedici komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

Komanda.az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminar iştirakçılarına İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında məlumat verilib.

Futbolçuların və məşqçilərin sualları cavablandırılan zaman bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda AFFA-ya məlumat göndərə bilərlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button