“Zirə” “Sabah”la yoxlama oyunu keçirəcək

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədə Premyer Liqa klubları yoxlama görüşündə qüvvəsini sınayacaq.

Komanda.az xəbər verir ki, “Zirə” ilə “Sabah” bu fasilə dönəmində üz-üzə gələcək.

Sentyabrın 7-də baş tutacaq görüş saat 17:00-da start götürəcək. Komandalar “Bank Respublika Arena”nın ehtiyat meydançasında qarşılaşacaq.

Qeyd edək ki, “Sabah”la “Zirə” Premyer Liqanın 3-cü turu çərçivəsində avqustun 31-də üz-üzə gəlib və 1:1 hesabı qeydə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button