“Zirə” ilə “Keşlə”dən qollu heç-heçə

Növbəti mövsümə hazırlığı davam etdirən “Zirə” və “Keşlə” klubları bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıblar.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçiləri Zirə İdman Kompleksində üz-üzə gəliblər.

Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib. “Keşlə” 2:0 önə keçməsinə baxmayaraq, rəqibi əzmkar heç-heçəyə imza atmağı bacarıb.

“Zirə” ilk yoxlama oyununda “Sabah”a 3:5, “Keşlə” isə “Sumqayıt”a 1:2 hesabı ilə məğlub olmuşdu.

Yoxlama oyunu

18 iyul

Zirə – Keşlə 2:2
Qol
: Nicat Süleymanov, 39. Soni Norde, 84 – Slavik Alxasov, 6. Emin Mehdiyev, 21.

Zirə: 1. Orxan Sadıqlı, 4. Elvin Camalov, 8. İlkin Muradov, 10. Elvin Məmmədov, 14. Bəxtiyar Həsənalızadə, 18. Xulio Sezar Rodriqes, 27. Adrian Skarlatake, 44. Qabil Sabirli, 48. Şafik Tiqrudca, 70. Nicat Süleymanov, 99. Rafael Məhərrəmli.
Keşlə: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 4. Slavik Alxasov, 5. Franko Flores, 8. Ziya Əzizov, 10. Ruslan Qurbanov, 14. Emin Mehdiyev, 19. Azər Salahlı, 25. Con Kamara, 39. Pərviz Azadov, 93. Miyuşko Bojoviç.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button