
“Zirə” bu gün Türkiyə klubu ilə qarşılaşacaq
Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün yoxlama matçı keçirəcək.
Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda “Ankara Keçiörengücü” ilə üz-üzə gələcək.
Boluda baş tutacaq oyuna saat 18:45-də start veriləcək.
“Zirə” daha əvvəl “Qarabağ”a yoxlama matçında 0:4 hesabı ilə uduzmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



