“Bu inamı doğrultmağa çalışacam” – “Zirə”nin yeni transferi

“Zirə”nin yeni transferi Elvin Camalov klubun mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, Camalov keçidi ilə bağlı bunları deyib:

“İlk olaraq futbolçu kimi inkişaf etməyimdə əməyi olan “Qəbələ” Futbol Akademiyasına, məşqçilər korpusuna və klub rəhbərliyinə təşəkkür edirəm. Çox sevinirəm ki, bu komanda ilə Azərbaycan kubokunu qazanıb, titulla ayrıldım. İndi isə iddialı “Zirə” ilə 2 illik müqavilə bağladığıma görə şadam. Bu komanda ilə yeni uğurlar qazanmağa çalışacam. Karyeramda yeni səhifə açılır. Mənə inanıb dəvət etdiklərinə görə “Zirə”yə təşəkkür edirəm. Bu inamı doğrultmağa çalışacam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button