“Zirə”nin futbolçusu milliyə çağırıldı

“Zirə”nin üzvü Mfo Kqasvane milli komandaya dəvət alıb.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, hücumçu Botsvana millisinin noyabrın 15-də Zimbabve, 19-da isə Əlcəzairə qarşı keçirəcəyi Afrika Millətlər Kubokunun təsnifat oyunları üçün yığmaya çağırılıb.