“Zirə”dən “Sumqayıt”a – Rəsmi

2019/2020 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” ilk futbolçu transferini reallaşdırıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “kimyaçılar” son mövsümü “Zirə”də keçirmiş Vüqar Mustafayevlə anlaşıb. 1 illik müqaviləyə imza atan dayaq yarımmüdafiəçisi “Sumqayıt”da 6 nömrəli formada çıxış edəcək.

Vüqar Mustafayev “Zirə” ilə yanaşı (89 oyun, 1 qol), “Bakı” (16 oyun), “Simurq” (13 oyun) və “Qarabağ”ın (6 oyun) uğurları üçün çalışıb. Azərbaycanın U-21 (8 oyun) və əsas millisinin də (1 oyun) formasını geyinmiş Vüqar, Azərbaycan millisinin 23 yaşadək futbolçulardan ibarət komandasının heyətində 4-cü İslam Həmrəylik Oyunlarının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button