“Zirə”də üç debüt: Azərbaycanda ilk

Azərbaycan Premyer Liqasının 15-ci turunun “Sabah”la qarşılaşması (0:2) “Zirə”nin üç futbolçusu üçün debütlə əlamətdar olub.

Komanda.az klubun “facebook” hesabına istinadən xəbər verir ki, start heyətində yer alan Bəxtiyar Həsənalızadə, meydana ikinci yarının gedişində daxil olan Mfo Kqasvane və Xulio Sezar Rodriges “qartallar”ın heyətində ilk oyunlarını keçiriblər.

Zirə İdman Kompleksinin stadionundakı görüşədək Premyer Liqada 63 futbolçu “Zirə”nin formasını geyinmişdi. Bəxtiyar bu siyahıya 64-cü, Mfo 65-ci, Xulio isə 66-cı kimi düşüb.

Həsənalızadə yerli futbolçu statusu daşıyan 34-cü futbolçudur. Premyer Liqadakı legionerlər siyahısında Kqasvane 31-ci, Rodriges 32-ci olub. Sonuncu, klub tarixində Sezar Meza Kollidən sonra 2-ci paraqvaylıdır.

Mfo isə nəinki “Zirə”nin, ümumiyyətlə Azərbaycan Premyer Liqasının tarixinə ilk Botsvana təmsilçisi kimi düşüb. Botsvana futbolçusunun “Zirə”də oynadığı 23-cü ölkədir. Bunadək “Zirə”də Albaniya, Braziliya, Fransa, Gürcüstan, Haiti, Hollandiya, İspaniya, Kamerun, Makedoniya, Mali, Mərkəzi Afrika Respublikası, Moldova, Monteneqro, Nigeriya, Paraqvay, Portuqaliya, Qana, Rumıniya, Salvador, Serbiya, Trinidad və Tobaqo, Ukraynadan oyunçu çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button