“Zirə”də argentinalı hücumçu – Rəsmi

“Zirə” klubu heyətinə yeni futbolçu cəlb edib.

Komanda.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, Fakundo Melivilo ilə müqavilə imzalanıb. 28 yaşlı hücumçunun sözləşməsi bu mövsümün sonuna kimi nəzərdə tutulub.

Argentinalı futbolçu daha əvvəl ölkəsinin “Platense”, “Almireyt”, “Çaçarita Xuniors”, “Lanus”, “Flandria”, “Defense Hustisiya”, “Kuenka”, “Kordoba”, “Tiqre” və “San Martin” klublarında çıxış edib.

“Zirə” bundan əvvəl Musa Qurbanlı (“Qarabağ”, icarə), Nemanya Andelkoviç (“Zlatibor”, Serbiya), Filipe Pahtman (“Lvov”, Ukrayna) və Rodriqo Bonqonquini (Fransa) də heyətinə cəlb edib.