“Zirə”də monteneqrolu futbolçu – Rəsmi

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, “qartallar” Boyan Zaqoviçlə anlaşıb. 30 yaşlı qapıçı ilə 1 illik müqavilə bağlanılıb.

Monteneqrolu əlcək sahibi bundan öncə “Berane”, “Srvena Stiyena”, “Radniçki”, “Banat”, “Marsonia 1909”, “Riyeka”, “Timok”, “Metalaq Qornji Milanovaç”, “Novi Pazar”, “Radniçki Nis”, “Rad və “Baçka” klublarında çıxış edib.