“Zirə” – “Turan Tovuz” matçının köməkçi hakimi dəyişib

Azərbaycan Premyer Liqasının 33-cü turunun bu gün keçiriləcək “Zirə” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.

Komanda.az xəbər verir ki, köməkçi hakim Namik Hüseynovun səhhətində problem yarandığı (yüksək hərarət) üçün onu Teymur Teymurov əvəz edib.

Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button