“Zirə”dən Rumıniya klubu ilə heç-heçə

Yeni mövsümə hazırlığı davam etdirən “Zirə” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşıb.

Kızılcahamam stadionunda keçirilən görüşdə qapılara qol vurulmayıb. Beləcə, komandalar meydanı heç-heçə ilə tərk ediblər.

Yoxlama oyunu

23 iyul

Zirə – Konkordiya 0:0
Türkiyə, Kızılcahamam stadionu.

Zirə: 28. Boyan Zoqoviç, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake (k), 25. Miloş Bakraç, 88. Tellur Mütəllimov, 70. Nicat Süleymanov, 4. Elvin Camalov, 8. İlkin Muradov, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 18. Xulio Sezar Rodriqes.