Premyer Liqada 150-ci qol

“Zirə” Azərbaycan Premyer Liqasında yubiley – 150-ci qolu vurub.

Komanda.az “qartallar”ın rəsmi “facebook” hesabına istinadən xəbər verir ki, bu, 14-cü turun “Səbail”lə ev matçına təsadüf edib. 4:1 hesablı qələbə qazanan “qartallar”ın ikinci qolu yubiley xarakteri daşıyıb. Bu qola 20-ci dəqiqədə Nicat Süleymanov imza atıb.

Premyer Liqada 134-cü oyununu keçirən “Zirə” matçın sonunda qol sayını 152-yə çatdırıb. Komandanın orta məhsuldarlığı 1,13-ə bərabərdir. Bu qollardan 89-u evdə, 63-ü səfərdə vurulub.

2015-ci ildən Premyer Liqada çıxış edən “qartallar”, 100-cü qolu da “Səbail”lə oyunda rəqib qapısından keçirib. 1-ci və 50-ci toplar isə AZAL-la görüşlərə təsadüf edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button