“Zirə” 560 manat cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 1-ci divizionun ilk turunun oyunları ilə bağlı aşağıdakı qərarlar verilib:

“Neftçi-2” – “Sabah-2” oyununda “Neftçi-2” komandasının 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

Hər iki komandanın qapıçılarının formasında qüsur olduğundan, oyun gec başlandığı üçün hər iki klub 80 manat cərimə olunur.

“Kəpəz” – “Qəbələ” oyununda “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Sumqayıt-2” – “Qaradağ Lökbatan” oyununda oyun öncəsi “Qaradağ Lökbatan” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur. 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Turan Tovuz” – MOİK oyununda matçın 28-ci dəqiqəsində “Turan Tovuz” klubunun futbolçusu Fərmayıl Əliyev “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

MOİK-in 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Səbail-2” – “Zirə-2” oyununda “Səbail-2” komandasının 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. Matç gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur.

Oyun günü planına riayət edilmədiyi üçün meydan sahibi klub 80 manat cərimə olunur.

Oyun öncəsi nəzarət buraxılış xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 80 manat cərimə olunur.

Oyun öncəsi “Zirə-2” komandası nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur.

“Zirə-2” komandası matçın ikinci hissəsində meydançaya gec çıxdığı üçün klub 240 manat cərimə olunur.

“Zirə-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

Matçın 71-ci dəqiqəsində “Zirə-2” klubunun futbolçusu İlkin Muradov “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.