“Varansız “Real”…” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan, futbolçusu Rafael Varanın komandadan ayrılmaq istədiyi iddialarıyla bağlı danışıb.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə açıqlama verən fransız mütəxəssis, Varanın klubda qalmasını istədiyini deyib:

“Varansız “Real”ı təsəvvür etmirəm. O, bu komandada özünü çox yaxşı tərəfdən göstərir. Bəzi insanlar deyirlər ki, Varan “Real”da xoşbəxt deyil. Belə xəbərlər hər futbolçu haqda olur. Ancaq Varan özü barədə heç nə deməyib”.

İspaniya mətbuatı Varanın komandadan ayrılmaq istədiyini və yayda “Mançester Yunayted”ə transfer olacağını iddia edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button