“Zenit”də forma geyinən Yaroslav Rakitski Ukrayna millisindəki karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə 30 yaşlı müdafiəçi rəsmi “instagram” hesabından məlumat yayıb. O, yığmadakı karyerasını bitirdiyini deyib.
2009-cu ildə Ukrayna millisində debüt edən Rakitski, 54 oyunda iştirak edib və 4 qol vurub.