Zaur Həşimov: “Buna qismən nail olmuşuq”

“Zirə”nin baş məşqçisi Zaur Həşimov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Sepsi” klubuna qarşı keçirdikləri yoxlama oyununu (2:0) şərh edib.

Komanda.az xəbər verir ki, o, qarşılaşmadan sonrakı açıqlamasında bunları söyləyib:

“Təlim-məşq toplanışlarında uşaqlar həmişə ağır yükləmələrlə oynayırlar. Planı buna uyğun qurmuşuq. İlk sınaq matçında futbolçularımız hərəyə 45 dəqiqə oynadılar. Bəzisi 60-70 dəqiqə, bəzisi 2 hissə meydanda oldu. Bu dəfə bəzilərinə daha çox zaman verdik. Ümumi götürsək, oyun pis alınmadı. Topu özümüzdə saxlamağa çalışdırdıq. Buna qismən nail olduğumuzu söyləməliyəm. Ancaq sevindirici hal budu ki, qol buraxmadan qələbə qazandıq”.