Zaur Həşimov: “Azarkeşin istefa tələb etməsi normaldır”

“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 17-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:6 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:

  • Geniş danışılası bir şey yoxdur. Pis odur ki, böyük hesabla, evdə məğlub olduq. Mübarizəsiz təslim olduq. Bu, böyük problemdir. Təslim olmaq fikrimiz yoxdur, turnir cədvəlində 5-ci pillədə qərarlaşmışıq, kubokun yarımfinalındayıq. Hesaba görə nə tədbir lazımdır, komandanın daxilində görüləcək.
  • Komanda son iki oyunda 3 qırmızı vərəqə alıb. Belə intizamsızlığa səbəb nədir?
  • Əsəblərə hakim olmamaq ən böyük problemdir. Yəqin qələbə istəyinin çox olmasından irəli gəlir. Hər iki oyundan əvvəl danışığımız olub. Turnir cədvəlində elə bir pillədəyik ki, irəli də gedə bilərik, geriləyə də. Bu da futbolçuları təzyiq altında saxlayır.
  • Azarkeşlər istefa şüarları səsləndirdilər. Buna münasibətiniz necədir?
  • Azarkeşin istefa tələb etməsi normaldır. Amma ümumi nəzərə alaq ki, mənim burda 14-cü oyunum olub, 4 dəfə məğlub olmuşuq. Təslim olmayacaq və sona kimi mübarizə aparacağıq. Azarkeşlərin istefa tələbini normal qəbul edirəm.

    Aygül Qarayeva