Zəfər kubokunda 2-ci turun proqramı açıqlandı

İdman Araşdırmalar Mərkəzinin 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər kubokunda 2-ci turun matçları sabah keçiriləcək. 

Komanda.az xəbər verir ki, gün ərzində 4 qarşılaşma oynanılacaq.

Görüşlərdən öncə fəxri bədən tərbiyəsi və idman xadimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Məzahir Süleymanzadənin vəfatı ilə əlaqədar 1 dəqiqəlik sükut elan olunacaq, mərhumun ruhu ehtiramla anılacaq. Eyni zamanda, fəxri qonaqlar iştirakçı komandalara uğurlar arzulayacaq, topa rəmzi toxunuş edəcək və xatirə fotosu çəkdirəcəklər. 

Oyunların proqramı və fəxri qonaqlar bunlardır:

15 may, 2-ci tur

10:00. B qrupu: “Xocalı” – “Şuşa” (Mətbuat Şurasının sədri Əflatun Amaşov və Vətən müharibəsi qazisi, kapitan Anar Əhmədov)

11:00. A qrupu: “Xocavənd” – “Cəbrayıl” (“Neftçi” klubunun prezidenti Kamran Quliyev, MMA döyüşçüsü Nəriman Abbasov və onun şəxsi məşqçisi, “Azerbaijan Fight Club” və “TT Fight Club”un əslən Xocavənd rayonundan olan prezidenti Şəhriyar Abbasov)

12:00. D qrupu: “Xankəndi” – “Ağdam” (Milli Məclisin deputatları – 26 saylı Sabunçu birinci seçki dairəsindən Fazil Mustafa və 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Arzu Nağıyev, İsgəndər Cavadov Bakı Futbol Akademiyasının vitse-prezidenti Yaşar Seyidov, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla)

13:00. C qrupu: “Qubadlı” – “Kəlbəcər” (Milli Məclisin deputatı – 123 saylı Kəlbəcər Seçki Dairəsindən Aqil Məmmədov, Azərbaycanın tanınmış cüdoçusu, qadınlardan ibarət milli komandanın məşqçisi, əslən Kəlbəcərdən olan Kifayət Qasımova və Azərbaycan Televiziyasının şəhid operatoru, “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş, əslən Qubadlıdan olan Sirac Abışovun qardaşı Şirzad Səmədov)