“Yuventus”un sabiq qapıçısı faciəvi şəkildə vəfat etdi

İtaliyanın “Yuventus” və İngiltərənin “Arsenal” klubunun sabiq qapıçısı Aleks Manninqer vəfat edib.

Komanda.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı avstriyalı avtomobilinin qatarla toqquşması nəticəsində həyatını itirib.

Hadisə Avstriyanın Zalsburq şəhərində baş verib.

Xatırladaq ki, Avstriya yığmasının heyətində 33 matça çıxmış Aleks Manninqer “Arsenal”la İngiltərə Premyer Liqasının, “Yuventus”la İtaliya A Seriyasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button