Kovaçeviçə silahlı hücumu “Real”ın keçmiş futbolçusu təşkil edib?

“Yuventus”un sabiq futbolçusu Darko Kovaçeviçin silahlı hücuma məruz qaldığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, hadisəylə bağlı yeni bir iddia ortaya atılıb. Belə ki, Serbiya mətbuatı Kovaçeviçin “Real”ın sabiq futbolçusu Raul Bravonun sifarişi ilə vurulduğunu iddia edir. Polis məsələ ilə bağlı araşdırmalarını davam etdirir.

Raul Bravonun daha əvvəl İspaniyada cinayətkar qruplaşmanın lideri olduğu və danışılmış oyunlarda, “çirkli pullar”ın yuyulmasında da iştirak etdiyi deyilir.

Kovaçeviçlə Raul Bravo birgə bir müddət “Olimpiakos” klubunda forma geyinib.

“Real”ın yetirməsi olan Bravo, 2001-2007-ci illərdə Madrid təmsilçisində forma geyinib.