“Heç kimin Qvardiola haqda düşünmədiyini söyləmək yalan olar” – “Yuventus”un prezidenti

“Yuventus”un prezidenti Andrea Anyelli komandanın baş məşqçisi Mauritsio Sarrinin gələcəyi haqda fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, “Radio24”-ə danışan Anyelli, Sarridən məmnun olduqlarını deyib:

“Yuventus” Sarridən razıdır. Onunla üç illik bir strategiyamız var və nəticəsini görəcəyik. Sarri bizə lazım idi və onu gətirə bildik.

Mövsümün ilk yarısını yaxşı keçirdik. Çempionlar Liqasında pley-offlardayıq, İtaliyada A Seriyasında liderik, kubokda da yarımfinaldayıq.

Antonio Konte ilə yaxşı münasibətlərimiz var. O, bizə titullar qazandırıb. Konte “Yuventus” üçün xüsusi biridir.

Heç kimin Xosep Qvardiola haqda düşünmədiyini söyləmək yalan olar. Ancaq indi o olduğu yerdə xoşbəxtdir. Xoşbəxt olduğun yerdən də səni harasa aparmaq mümkün deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button