
Levandovskiyə 6 milyon avro maaşla müqavilə təklif oluna bilər
“Yuventus” yaxın günlərdə “Barselona”nın hücumçusu Robert Levandovskinin nümayəndələri ilə görüş keçirməyi planlaşdırır.
Polşalı forvardın “Barselona” ilə müqaviləsinin müddəti yayda başa çatacaq və o, karyerasını harada davam etdirəcəyini müəyyənləşdirmək üçün müxtəlif variantları dəyərləndirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi Levandovskiyə illik 6 milyon avro maaşla müddəti 1 il olan müqavilə təklif edəcək. Hələlik bu şərtlərin 37 yaşlı hücumçunu qane edib-etməyəcəyi məlum deyil.
Levandovskiyə həmçinin, Səudiyyə Ərəbistanı, Türkiyə və MLS klublarının maraq göstərdiyi bildirilir. Bundan əlavə, “Milan” da mümkün variantlar arasında yer alır.
Daha əvvəl isə Levandovskinin maaşında azalma şərti ilə “Barselona” ilə yeni müqavilə imzalamağa hazır olduğu deyilirdi.
Bizi Facebook-da izləyin



