“Yuventus”un futbolçusu millinin heyətindən kənarlaşdırıldı

“Yuventus”un futbolçusu Ueston Makkenni ABŞ milli komandasının heyətindən kənarlaşdırılıb.

Komanda.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi koronavirusla bağlı tətbiq edilən tibbi protokolu pozduğu üçün millidən kənarlaşdırılıb. Bu barədə ESPN telekanalı məlumat yayıb. Makkenni “Yuventus”un düşərgəsinə qayıdıb.

Makkenni sentyabrın 9-da ABŞ yığmasının Hondurasa qarşı keçirəcəyi DÇ-2022-nin seçmə oyununu buraxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button