Dibala Argentina millisinin heyətindən kənarlaşdırıldı

“Yuventus”un futbolçusu Paulo Dibala Argentina millisinin heyətindən çıxarılıb.

Komanda.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Dibala fiziki problemlərə görə millinin düşərgəsinə qoşulmayacaq.

Argentina yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Paraqvay və Peru ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button