“Yuventus”un futbolçusu MLS-də?

Yay transfer pəncərəsi dövründə adı bir neçə klubla yanaşı çəkilən Mario Mancukiç karyerasını ABŞ-da davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu MLS-də mübarizə aparan “Los Anceles” klubunun transfer hədəfindədir. Klublar arasında danışıqların başladığı və yaxın bir neçə gün ərzində Mancukiçin qərar verəcəyi bildirilir. Futbolçu bu keçidə razılıq versə, transfer dövrü bitdiyi üçün o, yeni klubunda sadəcə məşqlərdə iştirak edə biləcək.

Xorvatiyalı futbolçu ilə Qətər klublarının da yaxından maraqlandığı bildirilir. Onun İtaliya A Seriyasının növbəti turunda keçiriləcək “Fiorentina” ilə oyunda da iştirak etməyəcəyi dəqiqləşib.

“Yuventus”la 2021-ci ilədək müqaviləsi olan Mancukiç, keçən mövsümdə iştirak etdiyi 33 oyunda 10 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button