“Yuventus”dan “Cenoa”ya

“Yuventus”un futbolçusu Mattia Perin qış transfer pəncərəsi dövründə komandadan ayrılacaq.

Komanda.az xəbər verir ki, 27 yaşlı qapıçı “Cenoa”ya keçəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Perin icarə əsasında mövsümün sonuna kimi “Cenoa”da forma geyinəcək.

2018-ci ilin yayında məhz “Cenoa”dan “Yuventus”a keçən Perin bu mövsüm heç bir oyunda iştirak etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button