Ronaldo yaxta aldı – 6 milyon avroya

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo özünə yaxta alıb.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Xəbərdə, Ronaldonun yeni yaxtasının 6 milyon avroya olduğu bildirilib.

Ronaldo yaxtanı A Seriyasının qalibi olduqdan sonra alıb. Yaxtanın 5 kabini, 6 vanna otağı var.