“Yuventus”un futbolçusu koronavirusa qalib gəldi

“Yuventus”un koronavirusa yoluxmuş futbolçusu Xuan Kuadrado sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda, futbolçunun son iki testinin neqativ nəticələndiyi bildirilib. Karantindən çıxan futbolçu bu gündən komanda ilə məşqlərə başlayacaq.