“Yuventus”un futbolçusu koronavirusla mübarizəyə dəstək oldu

“Yuventus”un fransalı futbolçusu Blez Matuidi koronavirusla mübarizəyə dəstək olub.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Parisdəki xəstəxanalar üçün 50 min maska alıb. Bu barədə Matuidi rəsmi “tvitter” hesabında məlumat yayıb.

Fransada koronavirus pandemiyasına 174191 nəfər yoluxub. Onlardan 25809 nəfəri vəfat edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button