“Yuventus”un koronavirusa yoluxan futbolçusundan AÇIQLAMA

“Yuventus”un futbolçusu Blez Matuidi koronavirusa yoluxmasıyla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, bu barədə fransız yarımmüdafiəçi rəsmi “instagram” hesabından məlumat yayıb:

“Əvvəlcə bu xəstəliyin nə qədər təhlükəli olduğunu və nə qədər tez yayıldığını başa düşmədim. Yüzlərlə insan bir neçə gündür ki, bilmədən bu xəstəliyə yoluxub. Bu virusun hamıya keçə biləcəyini başa düşməliyik”.

Matuidiylə yanaşı, “Yuventus”dan Daniel Ruqani də koronavirusa yoluxub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button