“Yuventus”un daha bir futbolçusu koronavirusa yoluxdu

İtaliya çempionu “Yuventus”un daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, Turin klubunun yarımmüdafiəçisi Xuan Kuadradonun da Covid-19 testi pozitiv çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kolumbiyalı 32 yaşlı futbolçu dərhal karantinə alınıb.

Xatırladaq ki, bir gün öncə “Yuventus”un müdafiəçisi Aleks Sandronun da koronavirusa yoluxduğu açıqlanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button