“Bəlkə də, insanlar axmaq olduğumu düşünürlər” – Sarri

“Yuventus”un baş məşqçisi Mauritsio Sarri İtaliya A Seriyasının 7-ci turunda “İnter”lə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Sarri, 2:1 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:

“Liderliyə yüksəlməyimiz hələ bir şey ifadə etmir. Meydanda göstərdiyimiz xarakter və yaxşı oyun daha önəmlidir. Bu qədər çətin bir atmosferdə yaxşı oynadıq. Bu, yaxşı bir işarədir.

Yeni oyun anlayışımız var və komanda buna uyğunlaşmalıdır. Daha artığını edə biləcəyimizi düşünürəm. Hazırda yüz faizimizlə oynamasaq da, nəticə əldə edə bilirik.

Bəlkə də, insanlar axmaq olduğumu düşünürlər. Bir az daha diqqətli olmalıdırlar. “Empoli”də olarkən də belə sistemlə başladım və sonra tamam dəyişdirdim. “Napoli”də fərqli bir oyun sistemi qurdum, ancaq bu, üç il ərzində oldu. “Çelsi”də də oxşar sistem yaradırdım. Ancaq orda tamam fərqli idi. Taktikalarınızı oyunçuların bacarıqlarına görə hazırlamalısız”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button